Ayətullah Nimrin edamının ildönümü münasibətilə AİP-in bəyanatı
https://azeri.sahartv.ir/news/azərbaycan-i254497-ayətullah_nimrin_edamının_ildönümü_münasibətilə_aİp_in_bəyanatı
Azərbaycan Respublikası İslam Partiyası dünya müsəlmanlarını səud rejiminin cinayətləri qarşısında birliyə və mövqe tutmağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2017 08:34 Asia/Baku
  • Ayətullah Nimrin edamının ildönümü münasibətilə AİP-in bəyanatı
    Ayətullah Nimrin edamının ildönümü münasibətilə AİP-in bəyanatı

Azərbaycan Respublikası İslam Partiyası dünya müsəlmanlarını səud rejiminin cinayətləri qarşısında birliyə və mövqe tutmağa çağırıb.

IRIB-nin "İslamın Səsi" xəbər portalına istinadlı məlumatına görə, Azərbaycan Respublikası İslam Partiyası Ayətullah Nimr Baqir Əl-Nimrin edamının ildönümü münasibətilə bir bəyanat yayıb. 

Azərbaycan Respublikası İslam Partiyası bu bəyanatda səud rejiminin azadlıq carçısı olan bir ruhanini şəhid etmək üzrə hərəkətini pisləyərək, bildirib: Zalım səud hökmranları bilməlidirlər ki, Ayətullah Nimrin adını qəlblərdən silə bilməzlər, zira onun Həzrət Muhəmməd(s.ə.s.) ümmətinin kamalından və İslam dininin tərəqqisindən savayı bir hədəfi yox idi.

Şeyx Nimr 2015-ci il oktyabrın 15-də Ali-Səudun cinayət məhkəməsi tərəfindən milli təhlükəsizliyə qarşı hərəkət və müharibə kimi puç ittihamla edama məhkum olundu.

Şeyx Nimrin edam hökmü 2016-cı il yanvarın 2-də icra edildi.