Bakı-sionist rejim əlaqələrinin genişlənməsi barədə xəbərdarlıq
https://azeri.sahartv.ir/news/azərbaycan-i254554-bakı_sionist_rejim_əlaqələrinin_genişlənməsi_barədə_xəbərdarlıq
Azərbaycan Respublikasında bir analitik bu ölkənin sionist rejimlə genişlənməkdə olan əlaqələrinin nəticələri haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2017 15:58 Asia/Baku
  • Bakı-sionist rejim əlaqələrinin genişlənməsi barədə xəbərdarlıq
    Bakı-sionist rejim əlaqələrinin genişlənməsi barədə xəbərdarlıq

Azərbaycan Respublikasında bir analitik bu ölkənin sionist rejimlə genişlənməkdə olan əlaqələrinin nəticələri haqda xəbərdarlıq edib.

IRIB-nin məlumatına görə, Azərbaycan Respublikasında analitik Kənan Rövşənoğlu Yeni Müsavat qəzetindəki qeydində rəsmi Bakının İran qarşısındakı gərginlik yaradan siyasətlərini tənqid edib.

Rövşənoğlu öz qeydində Azərbaycan Respublikasının İranla dil, etnos və məzhəbi yaxınlığına toxunaraq, xəbərdarlıq edib ki, Azərbaycan Respublikası İrana təzyiq üzrə bir mərkəzə çevrilməklə zərər çəkəcək.

Bu azəri analitik vurğulayıb ki, Bakı Tehranla qarşı-qarşıya durmaq yerinə, İranın imkanlarından öz xeyrinə istifadə etməyə çalışmalıdır.

Azərbaycan Respublikasından olan bu analitik söyləyib ki, Azərbaycan Respublikasının zorakılıq, terror və savaşla dolu bir regionda ehtiyac duyduğu məsələ, asayişdir.

Sionist rejimin baş naziri Benyamin Netanyahu 2016-cı ilin dekabrında Bakıya səfər etdi və bu səfər Azərbaycan Respublikasındakı islami cəmiyyətlər, partiyalar və müsəlman ictimaiyyətin tənqdilərilə üzləşdi.