Bakı Beynəlxalq Seminarında Cüdo qanunlarının yeni dəyişiklikləri bəyan olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i254794-bakı_beynəlxalq_seminarında_cüdo_qanunlarının_yeni_dəyişiklikləri_bəyan_olunub
Beynəlxalq Cüdo Federasiyasının dünyanın 99 ölkəsi, o cümlədən İranın Cüdo Federasiyasının 400-ə yaxın rəsmisi və nümayəndəsinin iştirakı ilə Bakıda keçirilən seminarında cüdo idman növünün qanunlarının yeni dəyişiklikləri bəyan olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2017 12:49 Asia/Baku
  • Cüdo qanunlarının yeni dəyişiklikləri
    Cüdo qanunlarının yeni dəyişiklikləri

Beynəlxalq Cüdo Federasiyasının dünyanın 99 ölkəsi, o cümlədən İranın Cüdo Federasiyasının 400-ə yaxın rəsmisi və nümayəndəsinin iştirakı ilə Bakıda keçirilən seminarında cüdo idman növünün qanunlarının yeni dəyişiklikləri bəyan olunub.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, İranın Cüdo Federasiyasının prezidenti Məhəmməd Derəxşan bu seminarın kənarında cüdo qanunlarında tətbiq olunan dəyişikliklər barədə deyib: Rio Yay Olimpiyası ardınca və ötən illərdə həyata keçirilən araşdırmalara əsasən Beynəlxalq Cüdo Federasiyasında dəyişikliklər təsdiqlənmişdi. Bu seminarda bu dəyişikliklər açıqlandı və təhlil edildi.

Kişilərin yarışlarında döyüşün 5 dəqiqədən 4 dəqiqəyə endirilməsi, Yoko xalının ləğv edilməsi və Vazari xalında dəyişikliyi cüdo qanunlarında əsaslı dəyişikliklərdən adlandıran Derəxşan əlavə edib: Bütün bu dəyişiklilər əsil və insanların bəyəndiyi cüdonu əldə etmək istiqamətində həyata keçirilir.

Cüdo hakimləri və məşqçiləri üçün keçirilən bu iki günlük seminarda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marios Vizar da iştirak edir. Və İrandan İran Cüdo Federasiyasının prezidenti Məhəmməd Derəxşan, Cüdo Federasiyasının Hakimlər Komitəsinin rəhbəri Əli Məhəmməd Əzizi və bu idman növü üzrə məşqçilərdən Əyyub Rüstəmi bu seminarda iştirak edirlər.