Atəşkəs 50 dəfə pozulub
https://azeri.sahartv.ir/news/azərbaycan-i255943-atəşkəs_50_dəfə_pozulub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində atəşkəsin pozulmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2017 09:06 Asia/Baku
  • Atəşkəs 50 dəfə pozulub
    Atəşkəs 50 dəfə pozulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində atəşkəsin pozulmasından xəbər verib.

İRİB-in Bakı ofisinin  Azərbaycan MN-ə istinadən verdiyi məlumata görə, son 24 saat ərzində Ermənistan qüvvələri Tovuz, Fizuli, Ağdam, Tərtər, Gedəbəy, Xocavənd və Cəbrayıl rayonlarında təmas xətti yaxınlığında Azərbaycan Respublikası ordusunun mövqeləri və kənd ərazilərinə qarşı 50 dəfə atəş açıb. 

1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddialarının ardınca  Qarabağ müharibəsi başlandı. 

1994-cü il may ayında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tərəflər arasında atəşkəs rejimi bərqərar olundu. Həmin tarixdən Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu bu münaqişənin dinc yolla nizamlanması üçün vasitəçilik edir, ancaq bu günədək bu qrupun fəaliyyəti heç bir müsbət nəticə verməmişdir.