Dünya Bankı Azərbaycan R-na 400 milyon dollarlıq kredit ayırıb
-
Dünya Bankı Azərbaycan R-na 400 milyon dollarlıq kredit ayırıb
Dünya Bankı bir bəyanatda Azərbaycan Respublikasının iqtisadi ehtiyaclarının təmini üçün bu ölkəyə 400 milyon dollarlıq kredit ayırdığından xəbər verib.
Report saytının məlumatına görə, Dünya Bankı bildirib ki, TANAP- Trans Anadolu qaz boru kəməri layihəsinin maliyyə təmini məqsədilə 400 milyon dollarlıq kreditin verilməsi üzrə razılaşmanı imzalayıb.
Bu razılaşma Dünya Bankının Qafqaz regionu üzrə icra müdiri Mersi Tembon, TANAP- Trans Anadolu qaz boru kəməri layihəsinin sədri Əfqan İsayev və Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov tərəfindən bu ölkə hökumətinin zəmanətilə imzalanıb.
Bu məlumata görə, həmin kredit Azərbaycan Respublikasına otuz il müddətinə verilib və onda məqsəd, 2018-ci ildə başa çatmalı olan TANAP- Trans Anadolu qaz boru kəmərinə yardımdır.
Azərbaycan Respublikası bundan öncə də Türkiyənin Butaş şirkətinin zəmanətilə Dünya Bankından 400 milyon dollarlıq kredit almışdı ki, bu məbləğdə kreditlə bu ölkənin Dünya Bankına olan borcu 800 milyon dollara çatır.