Natiq Kərimovun məhkəməsi qapalı keçirilib
Yan 24, 2017 08:48 Asia/Baku
-
Natiq Kərimovun məhkəməsi qapalı keçirilib
Dunən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Nardaran hadisələri ilə bağlı Nardaran ağsaqqalı Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
IRIB-nin Bakı ofisi IslaminSesi-nə istinadən xəbər verir ki, məhkəmənin hazırlıq iclası qapalı keçirilib, təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı fevralın 2-nə təyin edilib.
Natiq Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.