Azərbaycan R-nın xarici işlər naziri Moskvaya səfər edib
Yan 24, 2017 15:27 Asia/Baku
-
Azərbaycan R-nın xarici işlər naziri Moskvaya səfər edib
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ münaqişəsi barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya səfər edib.
IRIB-nin məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib: İki tərəf Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin həlli barədə Vyana və Sank-Peterburq müzakirələri əsasında danışıqlar aparacaq.
Ermənistanın xarici işlər naziri yanvarın 19-da Moskvaya səfər edərək, öz rus həmkarı Sergey Lavrovla Qarabağ münaqişəsi müzakirələrinin prosesi barədə danışıbdır.