İŞİD Suriyada azərbaycanlı qadını iki uşağı ilə birlikdə öldürüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i257775-İŞİd_suriyada_azərbaycanlı_qadını_iki_uşağı_ilə_birlikdə_öldürüb
Suriyada İŞİD terror təşkilatı tərəfindən hücum zamanı azərbaycanlı qadın 2 uşağı ilə birlikdə öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2017 14:07 Asia/Baku
  • İŞİD Suriyada azərbaycanlı qadını iki uşağı ilə birlikdə öldürüb
    İŞİD Suriyada azərbaycanlı qadını iki uşağı ilə birlikdə öldürüb

Suriyada İŞİD terror təşkilatı tərəfindən hücum zamanı azərbaycanlı qadın 2 uşağı ilə birlikdə öldürülüb.

 

APA-nın “middleeastpress.com”a istinadən verdiyi məlumata görə, öldürülən uşaqlar 7 yaşlı qız və 3 yaşlı oğlan olub.

Məlumata əsasən, qadının əri Fikrət Əliyev Suriyada döyüşən qruplaşmalardan birinə qoşulmaq üçün 2015-ci ilin əvvəllərində ailəsi ilə birlikdə bu ölkəyə köçüb.

F. Əliyev qruplaşmaya qoşulduqdan 4 ay sonra öldürülüb.

Onların Suriyaya hansı ölkədən gəldikləri barədə məlumat verilmir.