Natiq Cəfərli prokurorluqda dindirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i258257-natiq_cəfərli_prokurorluqda_dindirilib
REAL Hərəkatının icra katibi Natiq Cəfərli yanvarın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2017 15:46 Asia/Baku
  • Natiq Cəfərli
    Natiq Cəfərli

REAL Hərəkatının icra katibi Natiq Cəfərli yanvarın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

O, deyib ki, dindirilmə2 saat yarım davam edib: «Əsas suallar İranın Azərbaycandakı səfirliyinin katibinin yanvarın 19-da REAL-ın ofisinə gəlməsi, danışıqların məzmunu, bir də pul alıb-almamağımızla bağlı idi. Biz də sualları cavablandırdıq».

Natiq Cəfərli dindirilmənin təfərrüatları haqda geniş danışa bilməyəcəyini söyləyib.

Yanvarın 27-də virtualaz.org saytında Eynulla Fətullayevin imzasıyla “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yayılıb.

Yazıda iddia olunanları REAL rəsmiləri qətiyyətlə rədd edirlər.

REAL-ın icraçı katibi Natiq Cəfərli məqalədə deyilənləri “cəfəngiyyat, sərsəmləmə” adlandırıb.