Azərbaycanla AB arasında əməkdaşlıq müzakirələri başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i258383-azərbaycanla_ab_arasında_əməkdaşlıq_müzakirələri_başlanıb
Azərbaycan Respublikası və Avropa Birliyi rəsmiləri qarşılıqlı əməkdaşlıqlar və əməkdaşlıq memorandumlarının şərtlərini müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2017 09:05 Asia/Baku
  • Azərbaycanla AB arasında əməkdaşlıq müzakirələri başlanıb
    Azərbaycanla AB arasında əməkdaşlıq müzakirələri başlanıb

Azərbaycan Respublikası və Avropa Birliyi rəsmiləri qarşılıqlı əməkdaşlıqlar və əməkdaşlıq memorandumlarının şərtlərini müzakirə ediblər.

Turan xəbər agentliyinin verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Qonşuluq Siyasəti və Genişlənmə üzrə AvropaKomissiyasının baş direktoru Kristian Danielson ilə görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri və əlaqələr üzrə razılaşma sənədinin ilkin mətnini müzakirə edib. 

Elmar Məmmədyarov Əməkdaşlıq memorandumunun ilkin layihəsinin araşdırılmasına start verilməsini müsbət qiymətləndirərək əlaqələrin möhkəmlənəcəyinə ümidvarlığını ifadə edib. 

Bu görüşdə Avropa Birliyinin Qonşuluq Siyasəti və Genişlənmə üzrə AvropaKomissiyasının baş direktoru Kristian Danielson da Avropa Birliyinin Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyib. 

Görüşdə tərəflər TANAP və TAP layihələrinin icrası barədə fikir mübadiləsi aparıblar.