Tehran-Bakı uçuşları həftədə 14 uçuşadək artırılacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i258509-tehran_bakı_uçuşları_həftədə_14_uçuşadək_artırılacaq
İranın Mahan şirkətinin sərnişin təyyarələrinin Tehran-Bakı istiqamətində və əks istiqamətdə uçuşları bu gün Aerobus-310 təyyarəsinin Beynəlxalq Bakı Hava Limanında yerə enməsilə bərqərar olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2017 15:27 Asia/Baku
  • Tehran-Bakı uçuşları həftədə 14 uçuşadək artırılacaq
    Tehran-Bakı uçuşları həftədə 14 uçuşadək artırılacaq

İranın Mahan şirkətinin sərnişin təyyarələrinin Tehran-Bakı istiqamətində və əks istiqamətdə uçuşları bu gün Aerobus-310 təyyarəsinin Beynəlxalq Bakı Hava Limanında yerə enməsilə bərqərar olunub.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu uçuşun bərqərarı ilə Tehran-Bakı istiqamətində və əks istiqamətdə uçuşlar həftədə on bir uçuşdan on dörd uçuşadək artıbdır.

Mahan aviaşirkətinin ticarət müavinliyi üzrə əvəzedicisi və bu şirkətin Yaxın Şərq regionu və MDB ölkələri üzrə müdiri Məcid Kargəran bu haqda deyib: Bu uçuş şənbə, çərşənbə və cümə günləri 157 adi və 22 ticari oturacağa malik Aerobus-310 təyyarəsi ilə həyata keçiriləcək.

O, bu uçuşun biletlərinin qiyməti haqda isə deyib: Bu uçuşun biletlərinin qiyməti bu marşrut üzrə digər uçuşların biletlərinin qiymətilə mütənasib şəkildə olacaq və səy ediləcək ki, bu istiqamətdə fəaliyyət göstərən aviaşirkətlər arasında qeyri-sağlam rəqabət yaranmasın. 

Bundan öncə bu istiqamətdə yalnız Azərbaycan Respublikasının AZAL və İranın ATA Air şirkətləri uçuşlar həyata keçirirdilər ki, bu uçuşun bərqərarı və uçuşlaın sayının artırılması ilə iki ölkədə turizmin inkişafına daha geniş zəmin yarandı.

İranın Bakıdakı səfiri Cavad Cahangirzadə Beynəlxalq Bakı Hava Limanında bu xəttin açılışı mərasimində bu uçuşun bərqərarının önəmini qeyd edib və belə deyib: Mahan aviaşirkətinin etibarına görə, bu uçuşun bərqərarı ilə iki ölkə xalqı üçün münasib hava səfərinin yaranmasından əlavə, bu hava şirkətinin imkanlarından cənub-şərqi Asiya ölkələri üçün istifadə və regional turizmin inkişafı zəmini yaranır.

O, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirliyinin statistikalarına toxunaraq, bildirib ki, 2016-cı ildə bir milyon iki yüz min nəfər iki ölkəyə səfər edib və bu arada hava nəqliyyatı iki ölkəyə səfərlərin artmasında təsirli rol oynayıbdır.