50 ölkə İslam Ölkələri Həmrəylik Oyunlarında iştirak etməyə hazır olduğunu bildirib
Bakıda 4-cü İslam Ölkələri Həmrəylik Oyunlarında iştirak etmək üçün indiyə qədər 57 islam ölkəsindən 50 ölkə hazırlığını bildirib.
İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə verdiyi açıqlamada bu xəbəri bildirərək deyib: Qalan yeddi ölkənin maliyyə təminatı ilə əlaqədar problemləri vardır və lazımi köməklərlə onların da bu oyunlarda iştirak etmələrinə səy göstərilir.
Rəhimov 4-cü İslam Ölkələri Həmrəylik Oyunlarının keçirilməsi üçün bütün hazırlıq işlərinin görüldüyünü bildirib və deyib: Hal-hazırda bu oyunlar üçün Azərbaycan Respublikası paytaxtında bütün idman komplekslərinin təkmilləşdirilməsi davam edir.
Həmçinin oyunların keçirilməsi üzrə komitə bu oyunların biletlərinin Novruz bayramı günlərində satışa çıxarılacağını bildirib: Oyunlara tamaşa etmək üçün 260 min bilet satışa çıxarılacaq.
4-cü İslam Ölkələri Həmrəylik Oyunları 12-20 mayda Bakıda keçiriləcək.
İran İslam Respublikasının yığma komandası bu oyunlara 130 idmançı ilə qatılacaq.