"Mən talış olduğum qədər türkəm"
-
Şair-publisist Əli Nasir
Azərbaycanın tanınmış ziyalısı, lənkəranlı şair, publisist Əli Nasir vəfat edib.
90-cı illərin əvvəllərində milli azadlıq hərəkatının fəallarından olan Ə.Nasir “Ey Ana Vətən” marşının müəllifidir.
Azərbaycanda oyanış dövrü 1989-cu ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün Lənkəranda keçirilmiş mitinqdə “Ey Ana Vətən” marşını söyləyir.
Şair-publisist Əli Nasir Müsavat qəzetinin təxribatına cavab olaraq bildirmişdir: “Mən talış olduğum qədər türkəm. 5 kitab müəllifiyəm və kitablarımın hamısı türk dilində yazılıb. Mənim "Qana qan" poemam erməni terroruna qarşı yazılıb. Axı biz Qarabağda ermənilərə qarşı bir yerdə vuruşmuşuq. Azərbaycanın azadlığı uğrunda bir yerdə mübarizə aparmışıq. Biz doğma dilimizi qorumağa çalışırıq. Bu dil bizim ana dilimizdir. Milli azlıqlara ana dilində orta təhsil almaları, mədəniyyət mərkəzləri acmaq kimi hüquqlar verilib".