QMİ: "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"
Fev 09, 2017 11:00 Asia/Baku
-
QMİ: "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"
"Yeni Günəşli qəsəbəsindəki “Fatimeyi Zəhra” məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub".
|
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib. "Məscidlə bağlı narahatlığa heç bir əsas yoxdur", - deyə, Qafqaz Müsəlmanları İdarəsindən əlavə olunub. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 hektarlıq torpaq sahəsi ayrılaraq, məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Lakin bu yaxınlarda həmin ərazidən məscidə 0,25 hektarlıq (25 sot) torpaq sahəsi verilib. Vəkil Cavad Cavadov bəyan edib ki, qalan 105 sot ərazi məsciddən alınır. |
|
|
|
|