Dünya Bankının Azərbaycan R. ilə həmkarlıqları davam etdiriləcək
-
Dünya Bankının Azərbaycan R. ilə həmkarlıqları davam etdiriləcək
Dünya Bankının Mərkəzi Asiya məsələləri üzrə direktor müavini və Azərbaycan Respublikası prezidenti 2017-ci ildə ikitərəfli həmkarlığın davam etdirilməsi perspektivi və digər müxtəlif mövzuları araşdırıblar.
APA-nın məlumatına görə, Dünya Bankının Mərkəzi Asiya məsələləri üzrə direktor müavini Siril Müller və Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu gün Bakıda görüşüblər.
İlham Əliyev bu görüşdə Azərbaycan Respublikasına kreditin verilməsi üzrə son razılaşmaya toxunaraq, Dünya Bankı ilə əməkdaşlığın davam etdirilməsindən razılıq edib.
Dünya Bankının Bakıdakı ofisi 2017-ci ilin yanvar ayının əvvəllərində bir bəyanat yayaraq, bildirib: Trans Anadolu qaz boru kəməri- TANAP layihəsinin maliyyə təmini üçün Dünya Bankı ilə Azərbaycan Respublikası arasında 400 milyon dollar dəyərində kredit ödənişi barədə razılaşma imzalanıb.