Azərbaycan XİN başçısı Münhendə həmsədrlərlə görüşəcək
Fev 15, 2017 16:53 Asia/Baku
Azərbaycan XİN başçısının Münhendə Minsk qrupunun həmsədrləri ilə görüşü gözlənilir
APA-nın verdiyi məlumata görə, Münhen Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
Bu barədə APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Məlumatda deyilir ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın da konfrans çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulur.
Münhen Təhlükəsizlik konfransı fevralın 17-19-də keçiriləcək.