İlham Əliyevin həyat yoldaşı Azərbaycanın vitse-prezidenti oldu
-
İlham Əliyevin həyat yoldaşı Azərbaycanın vitse-prezidenti oldu
Azərbaycan Respublikası prezidenti həyat yoldaşı və Heydər Əliyev Xeyriyyə Fondunun prezidenti Mehriban Əliyevanı prezidentin birinci müavini təyin edib.
İRNA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı günü bu ölkənin Təhlükəsizlik Şurasında etdiyi çıxışında Mehriban Əliyevanı vitse-prezident təyin edib: O, mütəmadi illərdə Azərbaycanın siyasi, ictimai və mədəni həyatında önəmli rola malik olub.
Mehriban Əliyeva həmçinin hakim Yeni Azərbaycan partiyasının sədr müavini və Milli Məclisin deputatıdır.
Azərbaycan Respublikası prezidentinin 1-ci müavini və müavinləri bu ölkədə 2016-cı il 26 senytabrda keçirilən referenduma əsasən konstitusiyaya islahat proqramında yaradılıb.
Mehriban Əliyeva 1964-cü ildə Bakıda dünyaya gəlib və onun babası Mircalal Paşayev Azərbaycanın tanınmış İran əsilli yazarlarından biridir.
Mehriban Əliyevanın atası Arif Paşayev hal-hazırda Azərbaycan Respublikası Mühəndislik Akademiyasının prezidentidir.