Prezident İlham Əliyev: "Mehriban Əliyevanın həyatında yeni dövr başlayır"
-
Prezident İlham Əliyev: "Mehriban Əliyevanın həyatında yeni dövr başlayır"
“Mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir, ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayır, Yeni Azərbaycan Partiyasının sədr müavinidir".
APA-nın məlumatına görə, bunu Təhlükəsizlik Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Mehriban Əliyeva sosial-iqtisadi problemlərinin həlli işində çox mühüm addımlar atıb. Prezident vurğulayıb ki, Mehriban Əliyevanın beynəlxalq aləmdə yüksək nüfuzu var. Onun təşəbbüsü ilə müxtəlif ölkələrdə Azərbaycanın dostlarının sayı artıb.
Əliyev deyib ki, Azərbaycan xalqı ona çox böyük sevgi və rəğbətlə yanaşır.
İlham Əliyev Mehriban Əliyevanın vəzifələrini sadalayıb: Mehriban Əliyeva 2005-ci ildən Milli Məclisin deputatıdır və deputat kimi çox böyük işlər görüb. Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyevin adını daşıyan Fondun prezidentidir. Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin üzvü və İcraiyyə Komitəsinin üzvüdür.
2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun yüksək təşkilatçılığı ilə mümkün olub.
2015-ci ildə Birinci Avropa Oyunlarının da yüksək səviyyədə keçirilməsi Təşkilat Komitəsi və Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olub.
Mehriban Əliyeva 10 ildən artıqdır ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxs yoxdur.
Ona görə, Bu gün Mehriban Əliyevanın həyatında yeni dövr başlayır.- Əliyev belə deyib.