İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə memorandum imzalanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i260678-İran_və_azərbaycan_arasında_iqtisadi_əməkdaşlıq_üzrə_memorandum_imzalanıb
Ərdəbil ostanında, Səreyn şəhərində İran və Azərbaycanın birgə ticarət forumunda iki ölkə arasına iqtisadi əməkdaşlıq üzrə memorandum imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2017 13:27 Asia/Baku
  • İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə memorandum imzalanıb

Ərdəbil ostanında, Səreyn şəhərində İran və Azərbaycanın birgə ticarət forumunda iki ölkə arasına iqtisadi əməkdaşlıq üzrə memorandum imzalanıb.

Bu memorandum bu gün səhər İran - Azərbaycan birgə iqtisadi palatasının iranlı və azərbaycanlı həmsədrləri olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə keçirilən iclasda imzalanıb.

İkitərəfli əməkdaşlıqlar, əməkdaşlıqların inkişaf etdirilməsi və birgə iqtisadi əlaqələrin möhkəmləndirilməsi habelə, iqtisadi əməkdaşlıqların sadələşdirilməsi yollarının araşdırılması Səreyndə keçirilən iclasın gündəmini təşkil edən əsas mövzular olub.

Bu iclasda iki ölkənin yüksək səviyyəli rəsmiləri, iş adamları, sərmayə sahibləri və özəl sektor nümayəndələri iştirak ediblər.