Həzrət Fatimeyi Zəhranın(s) şəhadəti günü Azərbaycan Respublikasında qeyd olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i261438-həzrət_fatimeyi_zəhranın(s)_şəhadəti_günü_azərbaycan_respublikasında_qeyd_olunub
İslam Peyğəmbəri həzrət Məhəmmədin(s.ə) əziz qızı həzrət Fatimeyi Zəhranın(s) şəhadətinin ildönümü günü münasibəti ilə Azərbaycan Respublikasının alimlər və ziyalılarının iştirakı ilə dünən Qafqaz Müsəlmanları İdarəsində xüsusi mərasim keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2017 11:15 Asia/Baku
  • Həzrət Fatimeyi Zəhranın(s) şəhadəti günü Azərbaycan Respublikasında qeyd olunub
    Həzrət Fatimeyi Zəhranın(s) şəhadəti günü Azərbaycan Respublikasında qeyd olunub

İslam Peyğəmbəri həzrət Məhəmmədin(s.ə) əziz qızı həzrət Fatimeyi Zəhranın(s) şəhadətinin ildönümü günü münasibəti ilə Azərbaycan Respublikasının alimlər və ziyalılarının iştirakı ilə dünən Qafqaz Müsəlmanları İdarəsində xüsusi mərasim keçirilib.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, bu mərasimdə QMİ-nin sədri şeyx Allahşükür Paşazadə Fatimiyyə əyyamına və həzrət Fatimeyi Zəhranın(s) şəhadətinin ildönümü günlərinə toxunaraq, İslam ənənələrinin yayılmasında dini mərasimlərin keçirilməsinin əhəmiyyətini xatırladıb və dinin məsum imamlar(ə) vasitəsi ilə əmanət olaraq bizə gəlib çatdığını bildirərək, bəşəriyyətin qaranlıqdan xilası üçün dinin mühafizəsi və yayılmasına təkid edib. 

Mərasimdə iştirak edən vəliyi fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətül-İslam vəl-müslimin Ocaqnejad da Qurani kərimin ayələri və hədislərə istinad edərək İslamın böyük xanımının yüksək şəxsiyyətini şərh edib, o həzrətin nümunəvi insan, mənəvi gözəlliklərə malik olan şəxs və Allahın bəşəriyyətə həddiyyəsi olduğunu deyib. 

Mərasimdə Əhli-beyt(ə) məddahları xanım Fatimeyi Zəhranın(s) matəmində mərsiyyələr oxuyublar.