Astara-Astara dəmiryolunun İran hissəsində reyllərin quraşdırılmasına başlanılıb
-
Astara-Astara dəmiryolunun İran hissəsində reyllərin quraşdırılmasına başlanılıb
İranın Gilan ostanının Astara rayonunun icra başçısı İran ilə Azərbaycan Respublikası dəmir yolu şəbəkələrinin birləşdirilməsi layihəsinin icrası istiqamətində bu rayonda dəmiryolu reyllərinin quraşdırılması əməliyyatının başlanmasından xəbər verib.
İRNA-nın verdiyi məlumata görə, Yunis Rənckeş bu gün Astara rayonunun Baxçasara kəndi ərazisində reyllərin quraşdırılması əməliyyatına baxış keçirərkən deyib: Bu milli layihənin təkmillərşdirilməsi və Rəşt marşrutuna birləşdirilməsi ilə Şimal-Cənub dəhlizinin bir hissəsi fəaliyyətə başlayacaq.
Azərbaycan və İran İslam Respublikası dəmiryolu şəbəkələrinin birləşdirilməsinə dair razılaşma sənədi 2015-ci il oktyabrda İran-Azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının Astarada keçirilən iclasında imzalanmışdır.
Şimal-Cənub koridoru layihəsinin icrası ilə, Xəzərin şimal ölkələri İran vasitəsi ilə Fars körfəzinə, İran isə bu ölkələrə və onların vasitəsi ilə Avropaya qovuşacaq.
Şimal-Cənub dəmiryolu dəhlizi Bəndər Abbas-Qəzvin, Qəzvin-Rəşt, Astara-Astara, oradan isə Rusiya və şimali Avropa ölkələrinin marşrutlarından ibarətdir.