Azərbaycan qatarı Astara-Astara körpüsündən İrana daxil oldu
Astara-Astara dəmiryol layihəsinin İran ərazisində bir hissəsinin çəkilməsi ilə Azərbaycan Respublikası qatarı sınaq şəklində İrana daxil olub.
İRNA-nın məlumatına görə, Gilan vilayətində Astara rayonunun icra hakimi Yunis Rənckeş deyib: İran İslam Respublikası və Azərbaycan Respublikasının əməkdaşlıq memorandumuna əsasən, Azərbaycan Respublikası qatarı sınaq şəklində Astara rayonuna daxil olub.
Yunis Rənckeş İran ərazisində dəmir yol planının 600 metr uzunluğunda bir hissəsinin işlərinin yekunlaşmaqda olduğunu deyib: Proqramlara əsasən, dəmir yolun çəkilməsi sürətlə davam edəcək. Beləliklə Rəşt-Astara dəmiryolu çəkilməklə şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşməsinin şahidi olacağıq.
Azərbaycan və İranın dəmir yolunun birləşdirilməsi üzrə memorandum 2015-ci il oktaybr ayında Astara rayonunda İran və Azərbaycanın iqtisadi əməkdaşlıqlar komissiyasının iclasında imzalanıb.
Şimal-Cənub Nəqliyyat Dəhlizinin icra olunması ilə, Xəzər dənizinin şimal ölkələri İran vasitəsi ilə Fars körfəzinə çıxış əldə edəcək və İranın bu ölkələr və Avropa ilə əlaqəsi mümkün olacaqdır.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Abbas limanı-Qəzvin, Qəzvin-Rəşt, Rəşt-Astara və Astaradan Azərbaycan Astarasına və oradan Rusiya və Şimali Avropa ölkələrinə şamil olan dəmiryol layihəsidir.