Azərbaycan prezidenti Tehran yolunda
https://azeri.sahartv.ir/news/azərbaycan-i261506-azərbaycan_prezidenti_tehran_yolunda
Azərbaycan Respublikası prezidenti sabah İrana səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2017 14:21 Asia/Baku
  • Azərbaycan prezidenti
    Azərbaycan prezidenti

Azərbaycan Respublikası prezidenti sabah İrana səfər edəcək.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, bu səfər, ötən üç il ərzində İrana üçüncü səfər hesab olunur. Səfər müxtəlif cəhətlərdən əhəmiyyətə malikdir və ötən illərdə iki ölkə rəsmilərinin görüşlərində 120-dən çox önəmli əməkdaşlıq sənədinin imzalanmasını nəzərə aldıqda, bu səfər əlaqələrin hərtərəfli inkişafı üçün Tehran-Bakının ciddi iradəsini bəyan edir.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri və İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının azərbaycanlı həmsədri Şahin Mustafayev iki tərəfin əlaqələrinin inkişafında iki ölkə prezidentinin iradəsini önəmli adlandırıb: Hazırda bütün sahələrdə yaxşı əməkdaşlıqlar olunur və iqtisadiyyat sektorunda da ötən bir ildə iki ölkənin ticarət dövriyyəsi 70% artıb.

Bu səfərdə iki ölkə prezidenti 8-ci dəfə bir araya gələcək və əməkdaşlığın yeni sahələrini araşdırmaqdan əlavə, inşa edilməkdə olan əczaçılıq, avtomobilqayırma zavodları, eləcə də Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi müştərək layihələrin icrasının sürətləndirilməsi haqda müzakirə aparacaq.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə bu səfərin müxtəlif cəhətlərdəki əhəmiyyətinə toxunub və bu səfərdə Astara-Astara dəmiryolunun iki prezident tərəfindən video-konfrans vasitəsi ilə açılışının olacağına ümid edib: Bu dəmiryolunun istifadəyə verilməsi ilə nəqliyyat və dəmiryolu baxımından münasib və fövqəladə regional potensial yaranacaq və cənub-şərqi Asiya ölkələrindən məhsulların İran vasitəsi ilə sabiq SSRİ-nin bütün yerlərinə və oradan isə Gürcüstan limanı ilə Avropaya nəqlinə şərait yaranacaq.

Cahangirzadə Rəşt-Astara müştərək dəmir yol layihəsinin sürətləndirilməsi, valyuta mübadiləsi ilə əlaqədar məsələlərin izlənilməsi və bu sahədə nəticənin əldə olunmasını bu səfərin digər müzakirə predmetlərindən adlandırıb.

Dəmir yol, hava və quru nəqliyyatı, iqtisadi, sənaye və elektrik, enerji və elektrik stansiyasının yanacağı mübadiləsi, turizm sənayesinin inkişafı, gömrük işlərində sadələşdirmə, siyasi və mədəni əməkdaşlıqların kənarında bank əməkdaşlıqlarının genişləndirilməsi üçün səy iki ölkənin əməkdaşlıqlarına daxildir.

Qeyri-neft iqtisadiyyatının inkişafı üçün iki ölkənin iradəsini nəzərə alaraq, bu səfər müxtəlif sektorlarda ikitərəfli əməkdaşlıqları gücləndirməkdən əlavə, iqtisadi əlaqələrin genişləndirilməsində də xüsusi əhəmiyyət kəsb edir.