Tehran və Bakı 2 əməkdaşlıq sənədi imzaladılar
-
Tehran və Bakı 2 əməkdaşlıq sənədi imzaladılar
İran və Azərbaycan prezidentlərinin iştirakı ilə iki ölkə arasında 2 əməkdaşlıq sənədi imzalanıb.
İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası və Azərbaycan Respublikası, Azərbaycan prezidenti cənab İlham Əliyevin Tehrana olan səfəri zamanı ikitərəfli əməkdaşlıqların daha da möhkəmləndirilməsi istiqamətində 2 əməkdaşlıq sənədi imzalayıblar.
Bu sənədlər iki ölkənin yüksək səviyyəli rəsmilərinin birgə iclasınınsonunda prezidentlər Həsən Ruhani və İlham Əliyevin iştirak etdiyi bir mərasimdə imzalanıb. Cinayətkarlıq və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə və dəmir yolları şəbəkələrinin birləşdirilməsi üzrə olan bu sənədlər İran İslam Respublikasının Çirkli Pulların Yuyulması ilə Mübarizə və Milli İnformasiya Mərkəziilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası habelə, İranın Dəmiryolları Təşkilatı ilə Azərbaycan Respublikasının Dəmiryolları Şirkəti arasında imzalanıb.
İran prezidenti bu gün səhər tarixi - mədəni Səədabad saray kompleksində Azərbaycan prezidenti İlham Əliyevi rəsmən qarşılayıb.
Rəsmi qarşılama mərasimində İran İslam Respublikası və Azərbaycan Respublikasının milli himnlərinin səsləndirilməsinin ardınca, prezidentlər xüsusi qaravul dəstəsinin önündən keçiblər. Daha sonra iki ölkənin yüksək səviyyəli rəsmilərinin təqdimatı baş tutub.
Rəsmi qarşılama mərasiminin ardınca İran və Azərbaycan prezidentləri arasında ikitərəfli görüş keçirilib. İki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi yollarının araşdırılması bu görüşün əsas müzakirə mövzularından olub.