Mart 06, 2017 20:17 Asia/Baku
  • Lavrov Xəzərin hüquqi statusu haqda razılaşmaya ümid edir
    Lavrov Xəzərin hüquqi statusu haqda razılaşmaya ümid edir

Rusiyanın xarici işlər naziri ümidvarlıq edib ki, beş xəzəryanı ölkənin xarici işlər nazirləri tez bir zamanda öz aralarında Xəzərin hüquqi statusu haqda razılığa gələcəklər.

IRNA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib: Ümid edirik ki, beş xəzəryanı ölkənin xarici işlər nazirlərinin qarşıdakı iclasında Xəzərin hüquqi statusu konvensiyası üzərində işi başa çatdıracaq və beş sahilyanı ölkənin Qazaxıstan sammiti üçün digər sənədlərin bir neçəsini hazırlayacağıq.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov da bu konfransda deyib: Azərbaycan Respublikası ümid edir ki, elmi-tədqiqat və iqtisadi fəaliyyətlər, eləcə də regional sabitlik və təhlükəsizlik ilə bağlı məsələlər daxil olmaqla sahilyanı ölkələr arasında etimadın gücləndirilməsi və bu ölkələrin faydalı iştirakı, həmçinin əsas hüquqlara hörmət şəraitində Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlər həll olunacaq.

İran İslam Respublikası da Xəzər dənizini sülh və dostluq dənizi bilir və bu su sahəsinin problemlərinin qarşılıqlı maraqlara hörmət əsasında və kollektiv şəkildə həllini vurğulayır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu barədə deyib: Xəzərin hüquqi statusu elə üsulla təyin olunacaq ki, indiki və gələcək nəsillər daxil olmaqla sahil ölkələrinin gözləntiləri və ehtiyaclarına cavab vermiş olsun. 

Teqlər