Rusiya və Azərbaycan Respublikası İranla əməkdaşlıqlara təkid ediblər
-
Rusiya və Azərbaycan Respublikası İranla əməkdaşlıqlara təkid ediblər
Rusiya və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliklərinin rəhbərləri ölkələrinin İran İslam Respublikası ilə üç tərəfli əməkdaşlıqların genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
İRİB-in verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müştərək mətbuat konfransında Rusiya, Azərbaycan və İran prezidentlərinin 2016-cı ildə üçtərəfli Bakı görüşünə toxunaraq deyib: Bu görüş üç ölkənin iqtisadi əməkdaşlıqları və nəqliyyat infrasturukturlarının inkişafına əlverişli zəmin yaratmışdır.
Bu mətbuat konfransında Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov da üç ölkə prezidentlərinin ötənilki görüşlərini xatırladaraq deyib: Üç ölkə arasında əməkdaşlıqlar regionda sabitliyin qarantıdır.
Azərbaycanın XİN başçısı üç ölkə prezidentlərinin Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsinə təkidlərini xatırladaraq deyib: Bu mövzu Azərbaycan prezidentinin bazar günü İrana etdiyi səfərində də araşdırılmışdır.