Azərbaycan Respublikasında İran xalçaları diqqət çəkir
https://azeri.sahartv.ir/news/azərbaycan-i262032-azərbaycan_respublikasında_İran_xalçaları_diqqət_çəkir
Azərbaycan Respublikasında İranın əldə toxunan xalçaları sadəcə xalq arasında deyil bu ölkəyə gələn turistlər tərəfindən də xüsusi rəğbətlə qarşılanır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2017 12:54 Asia/Baku
  • Azərbaycan Respublikasında İran xalçaları diqqət çəkir
    Azərbaycan Respublikasında İran xalçaları diqqət çəkir

Azərbaycan Respublikasında İranın əldə toxunan xalçaları sadəcə xalq arasında deyil bu ölkəyə gələn turistlər tərəfindən də xüsusi rəğbətlə qarşılanır.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, İranın xalçaları boya, keyfiyyət və ilmə növləri baxımından çeşidli olmasına görə dünya səviyyəli nəfis bir mala çevrilib. 

Müxtəlif ölkələrdən Bakıya gələn turistlər İranın əldə toxunan xalçaları ilə maraqlanır və onun özünə məxsus cəhətlərindən danışırlar. 

Azərbaycan Respublikasında əldə toxunan xalça bazarının bazarı bu dəyərli malın bu ölkəyə ixracatının artırılmasını tələb edir. 

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin ticarət attaşşesi Məhəmməd İbrahim Nəqizadə bu sahədə həyata keçirilən proqramlara toxunaraq deyib: Azərbaycan Respublikasında dərin mədəni ortaqlıqlara görə İran xalçasına olan tanışlıq, eləcə də, bu ölkədə turizmin inkişaf etməsini nəzərə alaraq Azərbaycana hədəf bazar kimi baxırıq və bu ölkəyə ixracatımızı illik 200 min dollardan bir milyon dollara çatdırmağı planlaşdırırıq.