Azərbaycan R-da bir Əhli-Beyt(ə) mədhiyyəçisi həbs edilməklə hədələnib
Mart 10, 2017 09:06 Asia/Baku
-
Azərbaycan R-da bir Əhli-Beyt(ə) mədhiyyəçisi həbs edilməklə hədələnib
Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri dini mərasimlərdə islamçı məhbusların azad edilməsi üçün dua etdiyinə görə, bu ölkənin tanınmış Əhli-Beyt(ə) mədhiyyəçilərindən birini həbs etməklə hədələyiblər.
İslam-Azeri saytının məlumatına görə, Rasim Xudayi ilk dəfə deyildir ki, Azərbaycan Respublikasının təhlükəsizlik məmurları tərəfindən telefon əlaqələri və ya birbaşa müraciətlə həbs edilməklə hədələnir.
Bundan öncə də Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadənin təbrik müraciətinin oxunmasına görə, Bakıdakı bir toy mərasiminin iştirakçıları həbs olunmuşdular.
Azərbaycan Respublikasında İnsan Haqları Fəalları Mərkəzi son zamanlar bu ölkədəki islamçı məhbusların sayını 122 nəfər elan edibdir.