İran komandasının iştirakı ilə Bakıda cüdo yarışları başlanıb
-
İran komandasının iştirakı ilə Bakıda cüdo yarışları başlanıb
Bu gün İrandan üç nümayədənin yarışması ilə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin rəsmi açılış mərasimi keçirilib
IRIB-nin Bakı ofisinin məlumatına görə, İranın cüdo milli komandalarının müdiri Mohəmməd Rudəki bu barədə deyib: Yarışların ilk günündə Əlireza Xocəste 66 kiloqram çəki dərəcəsində azərbaycanlı cüdoçu Vüqar Şiranlı ilə görüşərək, rəqibini məğlub edib. Lakin diz nahiyəsindən zədələndiyi üçün yarışları davam etdirə bilməyib.
60 kiloqram çəki dərəcəsində 18 yaşlı cüdoçumuz Əbulfəzl Mohəmmədi bolqar, 66 kiloqram çəki dərəcəsində isə komandamızın digər təmsilçisi Qasem Nurizad yapon rəqiblərinə məğlub olub və yarışlardan çıxıblar.
Rudəki əlavə edib: Sabah yarışların davamında ölkəmizin digər üç nümayəndəsi- Mohəmməd Mohəmmədi Bərimanlı və Mehdi Fəthipur 73, Səid Molayi isə 81 kiloqram çəki dərəcələrində tatami üzərinə çıxacaqlar. Yarışların sonuncu günü olan bazar günü isə Vəhid Nuri və Hamed Rəşidi 90 kiloqram çəki dərəcəsində öz rəqiblərilə görüşəcəklər.
Cüdo üzrə “Böyük Dəbilqə” turniri bu gündən etibarən üç gün müddətinə dünyanın 31 ölkəsindən olan 110 kişi və 73 qadın cüdoçunun iştirakı ilə davam edəcək.