Bakıda keçirilən çempionatda iranlı cüdoçu ustalıq nümayiş etdirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i262254-bakıda_keçirilən_çempionatda_iranlı_cüdoçu_ustalıq_nümayiş_etdirib
İranlı cüdoçu Səid Mollayi Bakıda keçirilən Böyük Dəbilqə çempionatının finalına vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2017 17:25 Asia/Baku
  • Bakıda keçirilən çempionatda iranlı cüdoçu ustalıq nümayiş etdirib

İranlı cüdoçu Səid Mollayi Bakıda keçirilən Böyük Dəbilqə çempionatının finalına vəsiqə qazanıb.

İRİB-in məlumatına görə, çempionatın ikinci günündə İranın 81 kq çəki dərəcəsində idmançısı Səid Mollayi azərbaycanlı və hollandiyalı rəqiblərini məğlub edərək üçüncü görüşdə monqolustanlı rəqibi ilə qarşılaşıb. İppon fəndi ilə rəqibini məğlub edən Mollayi finala vəsiqə qazanıb.

İranlı idmançı finalda azərbaycanlı cüdoçu İsmayılovla qarşılaşacaq.

Ötən gündən Bakıda start götürən Böyük Dəbilqə turnirinə 110 kişi və 73 qadın idmançı qatılıb və sabah günortadan sonra başa çatacaq. Turnirin davamında sabah 90 kq çəki dərəcəsində Vəhid Nuri və Hamid Rəşidi rəqibləri ilə qarşılaşacaqlar.