Azərbaycan R. Abxaziya parlament seçkilərininin nəticələrini tanımır
https://azeri.sahartv.ir/news/azərbaycan-i262436-azərbaycan_r._abxaziya_parlament_seçkilərininin_nəticələrini_tanımır
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, Bakı Abxaziya qondarma respublikasında keçirilmiş parlament seçkilərinin nəticələrini tanımır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2017 07:55 Asia/Baku
  • Azərbaycan R. Abxaziya parlament seçkilərininin nəticələrini tanımır
    Azərbaycan R. Abxaziya parlament seçkilərininin nəticələrini tanımır

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, Bakı Abxaziya qondarma respublikasında keçirilmiş parlament seçkilərinin nəticələrini tanımır.

Virtualaz.org saytının məlumatına görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bir bəyanatda Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyərək bildirib ki, Abxaziya qondarma respublikasının istiqlaliyyəti və martın 12-də bu məntəqədə keçirilmiş parlament seçkilərinin nəticələrini tanımır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmçinin bu seçkiləri saxta adlandırıb.

Rusiya 2008-ci ildə Gürcüstanla hərbi döyüşlərdən sonra Abxaziya və Cənubi Osetiyanın istiqlaliyyətlərini rəsmi şəkildə tanıdı və bu məntəqələrlə diplomatik əlaqələr qurdu.