İran Kunq Fu Toa üzrə beynəlxalq turnirin qalibi olub
Mart 14, 2017 12:01 Asia/Baku
-
İran Kunq Fu Toa üzrə beynəlxalq turnirin qalibi olub
İranın Kunq Fu Toa üzrə yığma komandası 11 qızıl və gümüş medal əldə edərək, Azərbaycan Respublikasında bu idman növü üzrə keçirilən beynəlxalq turnirin qalibi olub.
IRIB-nin məlumatına görə, iranlı idmançılar bu yarışlarda səkkiz qızıl və gümüş medal qazanaraq, komanda yarışlarında birinci olublar. Azərbaycan Respublikası ikinci, Gürcüstan və Rusiya isə ortaq surətdə yarışların üçüncüsü olublar.
Martın 11-də müxtəlif ölkələrin idmançılarının iştirakı ilə Bakıda başlanmış Kunq Fu Toa üzrə beynəlxalq turnir martın 15-dək davam edəcək.
İran yığması 22 Kunq Fu ustası ilə sərbəst, yarımsərbəst və fərdi bölmələrdə yarışıbdır.
Teqlər