4 iranlı boksçu qalib gəldi
https://azeri.sahartv.ir/news/azərbaycan-i262534-4_iranlı_boksçu_qalib_gəldi
Bakıda “Böyük İpək yolu” beynəlxalq boks turnirinin ilk günündə İran İslam Respublikasının əlcək ustaları rəqiblərini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2017 06:42 Asia/Baku
  • 4 iranlı boksçu qalib gəldi

Bakıda “Böyük İpək yolu” beynəlxalq boks turnirinin ilk günündə İran İslam Respublikasının əlcək ustaları rəqiblərini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.

49 kq çəki dərəcəsində Əmir Əhmədisəfa azərbaycanlı rəqibini, 64 kq çəki dərəcəsində Dana İsmayılzadə rusiyalı rəqibini, 75 kq çəki dərəcəsində Şahin Musəvi azərbaycanlı rəqibini və 91 kq çəki dərəcəsində Salar Qulami gürcüstanlı rəqibini məğlub edərək turnirin növbəti mərhələsinə vəsiqəni təmin ediblər. 

Böyük İpək Yolu Beynəlxalq boks turnirinin ilk günündə məğlub olan yeganə iranlı boksçu Rağib Al-Buşkə olub. 

İran İslam Respublikasının bu turnirə ezam etdiyi komanda 8 əlcək ustasından ibarətdir. Kubalı Barbaro Ceymsin yetirmələri turnirin ilk günündə uğurlu çıxış ediblər. 

Bakı “Böyük İpək yolu” beynəlxalq boks turniri 10 ölkədən 195 idmançının iştirakı ilə dörd gün müddətinə davam edəcək.