Azərbaycanda "İslam həmrəyliyi - Zamanın çağırışı" Beynəlxalq konfransı keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i262570-azərbaycanda_İslam_həmrəyliyi_zamanın_çağırışı_beynəlxalq_konfransı_keçirilib
Azərbaycan Respublikasında "İslam həmrəyliyi - Zamanın çağırışı" Beynəlxalq konfransı keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2017 15:50 Asia/Baku
  • Azərbaycanda

Azərbaycan Respublikasında "İslam həmrəyliyi - Zamanın çağırışı" Beynəlxalq konfransı keçirilib.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, müxtəlif ölkələrdən nümayəndələrin iştirakı ilə keçirilən bu konfransda ilk öncə Azərbaycan prezidenti İlham Əliyevin məktubu oxunub. Məktubda islam ölkələrinin həmrəyliyi müsəlmanların birliyinin önəmli amili kimi xatırlanıb və bu istiqamətdə ciddi addımların atılması, həmçinin islam ölkələrinin koordinasiyası vurğulanıb.

Bu konfransda müxtəlif ölkələrdən natiqlər çıxış ediblər. İranın İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Mənuçehr Müttəki də çıxış edib: Hazırda müxtəlif ictimaiyyətlərdə islamın vəsf edilməyəcək şəkildə genişlənməsi ilə paralel olaraq, ötən iki dekadada təşkilatlanmış islamofobiyanın tətbiq olunması və son vaxtlar radikal, təkfirçi və terrorçu cərəyanların formalaşması müşahidə olunur. Araşdırmalarla bu nəticəni əldə edirik ki, həm islamofobiya, həm də radikallıq, təkfirçilik və terrorçuluğun təşkilatlandırılması islam və müsəlmanların birliyi və həmrəyliyi əleyhinə hesablanmış proqramdır.

O əlavə edib: Bu məsələni dərk etmək bizi bu nəticəyə çatdırır ki, islam həmrəyliyi, islam birliyi və islam məzhəblərinin yaxınlaşması, önəmli, təcili və yararlı formadır. Hazırda biz onu müsbət qarşılamalı, onu təbliğ etməli və onun üçün proqram tənzimləməliyik.

Müttəki deyib: Bu səfərdə proqram tənzimləyəcəyik ki, gələn günəş ilində Bakıda islam vəhdəti ikitərəfli konfrans keçirək.

İslam həmrəyliyinin zəruriliyi, çox mədəniyyətli ideyaların genişləndirilməsi, dinlərin dialoqu, islamofobiya və radikallıqla mübarizə bu konfransda irəli sürülən mövzulardan olub.

Bu bir günlük konfrans islam həmrəyliyini elan etmək istiqamətində Azərbaycan paytaxtı Bakıda keçirilib.