Astara sərhəd keçid məntəqəsindən İrana təqribən 9000 novruz müsafiri daxil olub
-
Astara sərhəd keçid məntəqəsindən İrana təqribən 9000 novruz müsafiri daxil olub
Astara sərhəd keçid məntəqəsinin rəisi deyib: Təqribən 9 min xarici turist ötən 11 gün ərzində Astara sərhəd keçid məntəqəsi vasitəsi ilə İrana daxil olub.
Cəlal Diyansayi bazar ertəsi günü İRNA-ya verdiyi müsahibədə əlavə edib: Cari ilin 15 martından 26 martına kimi olan müddət ərzində xarici ölkədən gələn turistlərin Astara şəhərinə girişi ötən ilin müvafiq dövrü ilə müqayisədə 25%-lik artıma malik olub.
Onun dediyinə görə, bu müddət ərzində əsasən Mərkəzi Asiya ölkələrindən xüsusi ilə də Azərbaycandan olan 17600 xarici ölkə vətəndaşı Astara sərhəd keçid məntəqəsindən keçib.
Astara sərhəd keçid məntəqəsinin rəisi əlavə edib: yerli və xarici turistlərin ötən 11 gün ərzində Astara gömrüyündən istifadə həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 71% artıb.
Astara şəhristanı İranın Gilan ostanının şimal-qərbində yerləşir və Azərbaycan ilə sərhəd məntəqədə yerləşdiyi üçün İranın 3-cü ən izdihamlı sərhəd keçid məntəqəsi sayılır.