Azərbaycan müdafiə naziri Səudiyyə Ərəbistanına səfər edib
Apr 05, 2017 09:11 Asia/Baku
-
Azərbaycan müdafiə naziri Səudiyyə Ərəbistanına səfər edib
Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənov rəsmi səfər çərçivəsində Səudiyyə Ərəbistanına gedib və öz ərəbistanlı həmkarı ilə görüşərək danışıqlar aparıb.
APA-nın məlumatına görə, Azərbaycan müdafiə naziri Zakir Həsənovun Səudiyyə Ərəbistanı müdafiə naziri Məhəmməd Bin Salmanla görüşündə tərəflər hərbi məsələlər, hərbi təchizat sahəsində əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə olunub.
Məlumata görə, bu səfərdə Azərbaycan Respublikası müdafiə naziri və onu müşayiət edən heyət Ərəbistanın hərbi koalisiya mərkəzində olub və bu mərkəzlə tanış olub.