Şirvan Apellyasiya məhkəməsi Şeyx Sərdarı həbsdə saxladı
Apr 07, 2017 08:21 Asia/Baku
-
Şirvan Apellyasiya məhkəməsi Şeyx Sərdarı həbsdə saxladı
Aprelin 6-ı Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maidə.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin barəsində öncəki qərarı qüvvədə saxladı və Şeyx Sərdarın həbsdə qalmasına qərar verdi
Bu barədə vəkil Cavad Cavadov bildirib.
Qeyd edək ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayon icra başçısı tərəfindən şikayət olunaraq həbs edilib. Rayonun məscidində cümə namazı qıldığı üçün ruhanidən polisə şikayət edilib. Bu səbəbdən müsəlmanlar Şeyx Sərdarı "namaz məhbusu" adlandırırlar.