IV İslam Həmrəyliyi Oyunlarında 5 idman növünün püşkatmasının nəticələri müəyyənləşib
https://azeri.sahartv.ir/news/azərbaycan-i264876-iv_İslam_həmrəyliyi_oyunlarında_5_idman_növünün_püşkatmasının_nəticələri_müəyyənləşib
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında 5 idman növünün püşkatmasının nəticələri müəyyənləşib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2017 13:35 Asia/Baku
  • IV İslam Həmrəyliyi Oyunlarında 5 idman növünün püşkatmasının nəticələri müəyyənləşib
    IV İslam Həmrəyliyi Oyunlarında 5 idman növünün püşkatmasının nəticələri müəyyənləşib

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında 5 idman növünün püşkatmasının nəticələri müəyyənləşib.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, bu gün qadın və kişilərdə basketbol və voleybol, kişilərdə su-polosu, futbol və həndbol oyunlarında püşkatma mərasimi keçirilib və nəticələr müəyyənləşib.

Püşkatmalara əsasən, on ölkənin yığma komandanları kişi və qadınlarda basketbol üzrə yarışları təşkil edəcəklər. Bu idman növü üzrə qadınlar arasında A qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan yığmaları, B qrupunda isə İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan yığmaları qarşılaşacaqlar.

Kişilər üzrə basketbolda A qrupunda Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan yığmaları, B qrupunda isə İndoneziya, Qətər, Fil Dişi Sahili, Mali və İordaniya yığmaları qarşılaşacaqlar.

Kişilər arasında voleybol üzrə 10 yığma çempionluq üçün mübarizə aparacaq. A qrupunda Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və Fələstin və B qrupunda İran, Qətər, Əlcəzair, Ərəbistan və Mərakeş yığmaları qarşılaşacaq.

Su polosu üzrə kişilərdə İran, Türkiyə, Ərəbistan, Azərbaycan və İndoneziya yığmaları qarşılaşacaqlar.

Futbol üzrə yarışlarda isə Azərbaycan, Türkiyə, Ərəbistan, Kameron, Mərakeş, Oman, Fələstin və Əlcəzair iki qrupda mübarizə aparacaq. Püşkatmaya əsasən, A qrupunda Azərbaycan, Kameron, Ərəbistan və Mərakeş, B qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığmaları qarşılaşacaq.

Həndbolda kişilərdə 8 komanda mübarizəyə qatılacaq. A qrupunda Azərbaycan, Əlcəzair, Ərəbistan və Pakistan, B qrupunda isə Türkiyə, Mərakeş, İraq və Əfqanıstan yığmaları qarşılaşacaq.

Həndbolda qadınlarda isə beş ölkə, Kameron, Özbəkistan, Fil Dişi Sahili, Türkiyə və Azərbaycan mübarizə aparacaq.

IV İslam Həmrəyliyi Oyunları 12 maydan 22 maya qədər 50 islam ölkəsinin iştirakı ilə 20 idman növündə Bakıda keçiriləcək.