4-cü İslam Həmrəyliyi Oyunları medallarının təqdimatı olub
-
4-cü İslam Həmrəyliyi Oyunları medallarının təqdimatı olub
4-cü İslam Həmrəyliyi Oyunları üzrə Əməliyyat Komitəsi dünən bir mərasim keçirərək, bu yarışların medallarını nümayiş etdirib.
IRIB-nin Bakı ofisinin məlumatına görə, yarışların bu mərhələsinin qızıl, gümüş və bürünc medallarının təqdimat mərasimində İslam Həmrəyliyi Oyunları Federasiyasının sədri Abdullah bin Musaid bin Əbduləziz və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.
Sülh, birlik, bütövlük və hörmət İslam Həmrəyliyi Oyunlarının dörd simvolu kimi bu yarışların hazırkı dövrünün medalları üzərində həkk olunub.
Bu medallar İslam Həmrəyliyi Oyunları üzrə Əməliyyat Komitəsi konstruktorlarının həmkarlığı ilə və Azərbaycan Respublikasının "Azərsuvenir" şirkəti tərəfindən 80 millimetr diametrində və 9 millimetr qalınlığında hazırlanıb.
4-cü İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək.
Bu yarışlarda İran İslam Respublikası daxil olmaqla əlli islami ölkədən üç mindən çox idmançı 20 idman növündə yarışacaq.