Bakıda mövlud mərasimi
https://azeri.sahartv.ir/news/azərbaycan-i265320-bakıda_mövlud_mərasimi
Rəcəb ayının 13-ü, İmam Əlinin(ə) anadan olmasının ildönümü günü münasibəti ilə Bakıda şənlik mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2017 09:56 Asia/Baku
  • Bakıda mövlud mərasimi

Rəcəb ayının 13-ü, İmam Əlinin(ə) anadan olmasının ildönümü günü münasibəti ilə Bakıda şənlik mərasimi keçirilib.

İRİB-nin Bakı ofisinin verdiyi məlumata görə, iranlıların Əhl Beyt(ə) hüseyniyəsində İmam Əlinin(ə) mövlud günü axşamında keçirilən mərasimdə iştirak edən insanlar şənlik edərək, o həzrətin  yolunun davam etdirilməsinə təkid ediblər.

Bu mərasimdə İmam Əlinin(ə) mədhində şerlər də oxunub.

Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejad da bu mərasimdə çıxış edərək, Nəhcül-Bəlağə kitabının əhəmiyyətindən danışaraq, insanların həyatında moizənin əhəmiyyətindən söz açıb və dünya hadisələri, insanların təcrübələri, Quran Kərimin buyruqları və ölümü diqqətə alınması gərəkən məsələlər adlandırıb, məclis iştirakçılarına qiyamət və nəfs ilə mübarizə barədə düşünməyi tövsiyə edib.