Allahşükür Paşazadə "Sovetski"də iki məscidin sökülməsinə münasibət bildirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i265450-allahşükür_paşazadə_sovetski_də_iki_məscidin_sökülməsinə_münasibət_bildirib
"Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2017 08:50 Asia/Baku
  • Allahşükür Paşazadə
    Allahşükür Paşazadə

"Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm".

APA-nın xəbərinə bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bakının "Sovetski" ərazisində iki məscidin sökülməsinə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib: "Mən heç o məscidlərin yerini belə tanımıram".

 

Qeyd edək ki, "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi artıq sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.