"Sovetski"dəki "Hacı Cavad" məscidinin söküntüsü dayandırılır?
https://azeri.sahartv.ir/news/azərbaycan-i265468-sovetski_dəki_hacı_cavad_məscidinin_söküntüsü_dayandırılır
APA-nın məlumatına görə, bunu Bakının “Sovetski” adlanan ərazisində "Hacı Cavad" məscidinin söküntüsü ilə bağlı məsələyə münasibət bildirən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2017 13:09 Asia/Baku
  • "Sovetski"dəki "Hacı Cavad" məscidinin söküntüsü dayandırılır?

APA-nın məlumatına görə, bunu Bakının “Sovetski” adlanan ərazisində "Hacı Cavad" məscidinin söküntüsü ilə bağlı məsələyə münasibət bildirən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib.

İ. Mehdiyevin sözlərinə görə, icma üzvlərinə məsləhət görülüb ki, ölkə rəhbərliyinə müraciət etsinlər: "Məscidin sökülməsi müvəqqəti dayandırıldı. Bakı şəhər İcra Hakimiyyəti yeni məscidin tikintisi üçün yer ayırmalıdır. Bunun üçün icma üzvləri Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Bu məscid tarixi abidə kimi siyahıda yoxdur. Məscid kimi də icması qeydiyyata alınmayıb. Sadəcə, insanlar burada ibadət edirlər".

Hal bu ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Sovetski”də 2 məscidlə bağlı bildirib ki, həmin məscidlər heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir”.