Bakı Apellyasiya Məhkəməsi Elşən Mustafaoğlunu həbsdə saxladı
https://azeri.sahartv.ir/news/azərbaycan-i265990-bakı_apellyasiya_məhkəməsi_elşən_mustafaoğlunu_həbsdə_saxladı
Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2017 05:02 Asia/Baku
  • Elşən Mustafaoğlu
    Elşən Mustafaoğlu

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”-nun verdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mustafa 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elşən Mustafaoğlu 2014-cü ildə MTN əməkdaşları tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Məhkəmədə çıxışı zamanı o bildirib ki, dövlət əleyhinə heç bir fəaliyyətdə iştirak etməyib: “Bu ittiham nəinki mənim etmədiyim, hətta şərəf və ləyaqətimi alçaldan iddialarla doludur. Məni Əks-Kəşfiyyatın bir-birini inkar edən və bir-birinə zidd olan iddiaları əsasında tutublar. 2014-cü ildə MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsi tərəfindən MTN-nin keçmiş rəhbərliyinin Milli Qəhrəman Rövşən Əkbərov və Əlayif Mustafayev əleyhinə zorla yazdırmaq istədiyi sifarişli yazını yazmamışam, onlara böhtan atmamışam. İki gün – ayın 16-dan 17-dək qapalı şəraitdə saxlanılmışam. Prokurorluğa da müraciət etmişəm ki, niyə mənim harada olmağımla maraqlanmayıblar? Bu iki gündə MTN-də mənə zülm eləyiblər. Onların elədiklərini burada deməyi özümə sığışdırmıram. Məni məcbur ediblər ki, dövlətimizin Milli Qəhrəmanına və ləyaqətli Şeyx həzrətlərinə qarşı ləyaqətsiz şeylər yazım”.