ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i266116-atƏt_parlament_assambleyasının_sədri_azərbaycana_səfər_edəcək
"ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonen Azərbaycana rəsmi səfər dəvətini qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2017 08:44 Asia/Baku
  • ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək
    ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək

"ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonen Azərbaycana rəsmi səfər dəvətini qəbul edib.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədr müavini, deputat Azay Quliyev deyib.

O əlavə edib ki, yaxın zamanlarda dəvəti bir daha rəsmi formada qarşı tərəfə çatdıracaqlar:  Doğrudur, ATƏT PA-nın bütün sədrləri Azərbaycana səfər edib. Ümid edirəm ki, Kristina Muttonen də yaxın aylarda Azərbaycana səfər edəcək".

A.Quliyev xatırladıb ki, ötən ay Milli Məclis sədri Oqtay Əsədov Sankt-Peterburqda K.Muttonenlə görüşüb və əlaqələrin yaxşılaşdırılması məsələsini müzakirə edib. 

ATƏT PA-nın sədr müavini bildirib ki, Sankt-Peterburqdakı görüşdə müzakirə olunan məsələlər hər iki tərəfləri maraqlara cavab verir.