Rusiya XİN sözçüsü Azərbaycan R. jurnalistlərini təhqir etdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası jurnalistlərini təhqir edib.
Müsavat qəzeti saytının məlumatına görə, Mariya Zaxarova dünən Moskvada keçirdiyi brifinqdə Azərbaycan Respublikası jurnalistinin sözünü kəsərək, bu ölkənin jurnalistlərini təhqir edib.
O, Azərbaycan Respublikası jurnalistinin Dilqəm Əsgərovun və bu ölkənin Ermənistandakı digər əsirlərinin taleyi barədəki sualına tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədib:
“Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr sadəcə, xamlıqdır. Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, xamlıqdır. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz?
Dilqəm Əsgərov və Şahbaz Quliyev dörd ildən çoxdur ki, işğal olunmuş Kəlbəcər şəhərində erməni hərbçilərinin əsirliyindədirlər.
Dilqəm Əsgərov 22 il, Şahbaz Quliyev isə ömürlük həbs cəzalarına məhkum ediliblər.
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiası irəli sürməsindən sonra başlandı.
Erməni və azəri qüvvələri arasındakı döyüşlər nəticəsində Dağlıq Qarabağ məntəqəsi və onun qonşuluğundakı yeddi rayon Ermənistan qüvvələrinin nəzarətinə keçdi.