Naxçıvan Muxtar Respublikasında İran məhsullarının istehlakı artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i267534-naxçıvan_muxtar_respublikasında_İran_məhsullarının_istehlakı_artıb
İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Naxçıvan əhalisi arasında İran məhsullarına marağın artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2017 15:04 Asia/Baku
  • Naxçıvan Muxtar Respublikasında İran məhsullarının istehlakı artıb
    Naxçıvan Muxtar Respublikasında İran məhsullarının istehlakı artıb

İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Naxçıvan əhalisi arasında İran məhsullarına marağın artmasından xəbər verib.

İRNA-nın məlumatına görə, Mənsur Ayrım Culfanın icra başçısı Zahid Mahmudi ilə birgə iclasda deyib: Ötən illər ərzində İran və Naxçıvan arasında ikitərəfli əlaqələrin inkişafı çərçivəsində atılan addımlar kənd təsərrüfatı, mədəni və iqtisadi əlaqələrin genişlənməsində təsirli olub.

M.Ayrım həmçinin, bu görüşdə İran və Azərbaycan vətəndaşlarının məhkəmə orqanlarındakı işlərinin araşdırılması prosesinin sürətləndirilməsini istəyib.

Qərbi Azərbaycanın mərkəzi olan Culfa şəhərinin icra başçısı Zahid Mahmudi də bu iclasda İran vətəndaşlarının qonşu ölkələrə səfər şəraitinin yaxşılaşdığını deyərək, İran vətəndaşlarının haqq və hüquqlarının müdafiə edilməsi məsələsinə təkid edib.