Azərbaycanda pensiya yaşının artırılmasını nəzərdə tutan qanun təsdiqlənib
https://azeri.sahartv.ir/news/azərbaycan-i267832-azərbaycanda_pensiya_yaşının_artırılmasını_nəzərdə_tutan_qanun_təsdiqlənib
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə fərman imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 03, 2017 04:02 Asia/Baku
  • Pensiya yaşı rəsmi olaraq artırıldı
    Pensiya yaşı rəsmi olaraq artırıldı

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə fərman imzalayıb.

 APA-nın məlumatına görə, qanuna dəyişikliklər bu il martın 10-da Milli Məclis tərəfindən qəbul edilib.

 Qanuna 98 dəyişiklik təklif olunub.

Dəyilikliklərə əsasən, pensiyanın baza hissəsi ləğv edilib.

 Beləliklə, kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

 Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.