Azərbaycan Beynəlxalq Velosiped Yarışlarına start verildi
-
Azərbaycan Beynəlxalq Velosiped Yarışlarına start verildi
Azərbaycan Beynəlxalq Velosiped Yarışları 22 komandanın iştirakı ilə bu gün Bakıda start götürüb.
İRİB-nin Bakından verdiyi məlumata görə, 5 gün davam edəcək bu yarışlarda velosipedçilər 5 mərhələdə və ümumilikdə 836 km məsafədə rəqabət aparacaqlar.
Yarışların birinci mərhələsi bu gün Bakının Bayraq Meydanından başlayaraq, Sumqayıt şəhərinə kimi uzanan 150 kilometrlik bir yolda davam etdirilib. Yarışların ikinci mərhələsi sabah Bakıdan İsmayıllı şəhərinə kimi olan 178 kilometrlik bir yolda davam etdiriləcək. 3-cü mərhələ 177 kilometrlik bir məsafəyə malik olan Qəbələ-Şəki-Qəbələ yolunda həyata keçiriləcək. Daha sonra Qəbələ-Ağsu-Pirqulu istiqamətində 164 kilometrlik bir məsafədə yarışların 4-cü mərhələsi baş tutacaq. 5-ci və sonuncu mərhələ Bakı-Abşeron-Bakı istiqamətində həyata keçiriləck. Bu yolun uzunluğu isə 158 km olacaq.
Yarışlarda 18 ölkədən gəlmiş 22 komanda iştirak edir. Bu yarışlarda İranı Təbrizin Şəhrdari komandası təmsil edir.