Azərbaycan R-da Beynəlxalq Velosiped Yarışlarının 2-ci etapı başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i268020-azərbaycan_r_da_beynəlxalq_velosiped_yarışlarının_2_ci_etapı_başlanıb
Azərbaycan Respublikasında Beynəlxalq Velosiped Yarışlarının 2-ci etapı Təbriz meriyası komandasının iştirakı ilə bu gün Bakıda başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2017 12:36 Asia/Baku
  • Azərbaycan R-da Beynəlxalq Velosiped Yarışlarının 2-ci etapı başlanıb
    Azərbaycan R-da Beynəlxalq Velosiped Yarışlarının 2-ci etapı başlanıb

Azərbaycan Respublikasında Beynəlxalq Velosiped Yarışlarının 2-ci etapı Təbriz meriyası komandasının iştirakı ilə bu gün Bakıda başlanıb.

IRIB-nin Bakı ofisinin məlumatına görə, yarışların bu mərhələsində iştirak edən velosipedçilər 187 kilometrlik Bakı-İsmayıllı istiqamətində yarışacaqlar. 

Azərbaycan Respublikası Velosipedsürmə Federasiyasının sözçüsü Pərviz Musayev bildirib ki, bu mərhələdən sonra müxtəlif şəraitlərdə daha üç etap keçiriləcək. O, əlavə edib: Bu, yarışların altıncı dövrüdür ki, hər il öncəki ildən daha əzəmətli keçirilir və İrandan da Təbriz meriyasının komandası iştirak edir. Ümid edirik ki, yaxşı nəticələr əldə edəcək.

Bu yarışlar dünəndən etibarən 18 ölkədən 22 komandanın iştirakı ilə Azərbaycan Respublikasında keçirilir. Yarışlar mayın 7-dək davam edəcək. Bütövlükdə velosipedçilər 836 kilometrlik məsafəni beş mərhələdə keçəcəklər.

Yarışların üçüncü etapı sabah 177 kilometrlik Qəbələ-Şəki-Qəbələ istiqamətində keçiriləcək.