Azərbaycan R-da mübarək ramazan ayının başlanması zamanı elan olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i268060-azərbaycan_r_da_mübarək_ramazan_ayının_başlanması_zamanı_elan_olunub
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Respublikasında mübarək ramazan ayının başlanması və səadətli fitir bayramının tarixini elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2017 14:28 Asia/Baku
  • Azərbaycan R-da mübarək ramazan ayının başlanması zamanı elan olunub
    Azərbaycan R-da mübarək ramazan ayının başlanması zamanı elan olunub

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Respublikasında mübarək ramazan ayının başlanması və səadətli fitir bayramının tarixini elan edib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi bu il Azərbaycan Respublikasında mübarək ramazan ayının başlanması tarixini mayın 27-si, səadətli fitir bayramının tarixini isə iyunun 26-sı elan edibdir.

Report xəbər saytı kimi bəzi informasiya mənbələri də səadətli fitir bayramının tətil günlərini beş gün elan ediblər və nazirlər kabinetinə istinadla bildiriblər ki, iyunun 26-sı, Azərbaycan Respublikası hərbi qüvvələri gününün fitir bayramının iki günü, yəni iyunun 26-sı və 27-si ilə üst-üstə düşməsinə görə, iyunun 28-i də bu ölkədə tətildir və iyunun 24-ü və 25-ə düşən həftəsonu tətilləri, yəni şənbə və bazar günlərini də hesab etməklə bütövlükdə əhali ramazan ayının sonunda beş gün istirahət edəcəkdir.